AZ

Harvard Universiteti və köləlik - Əlaqələri nədir?

Pandemiya dövründə “Roots” romanını oxuyan amerikalı ssenarist Ordan Lloyd bir neçə gün sonra Harvard tələbəsi Carissa Chen-dən maraqlı bir məktub aldı. Chen arxiv araşdırmaları və nəsil ağacı üzərindən apardığı tədqiqat nəticəsində Lloydun Harvardla əlaqəli kölə ailəsindən gəldiyini müəyyənləşdirmişdi.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, tələbənin sözlərinə görə, Lloyd Tony və Cuba Vassall adlı iki kölənin nəslindəndir. Onlar Antiguadan Amerikaya gətirilmiş və Harvard Hüquq Fakültəsinin əsasını qoyan Isaac Royall Jr.-ın mülkiyyətində olublar.

Bu şəxsi hekayə ilə yanaşı, məsələ Harvard Universitetinin köləliklə bağlı tarixi keçmişini də yenidən gündəmə gətirib. Universitetin bir çox rəhbərləri və müəllimləri kölə sahibi olublar. Hətta bəzi binaları da kölələr tikib. Harvardın maliyyə dəstəyinin bir hissəsi Karib dənizindəki plantasiyalar və kölə ticarəti ilə bağlı olub. 
Harvard bu məsələni 2007-ci ildən araşdırmağa başlayıb. 2016-cı ildə universitetin rəhbəri rəsmi olaraq köləlikdə “birbaşa iştirak etdiklərini” etiraf edib. 2022-ci ildə isə bu barədə 100 səhifəlik bir hesabat dərc olunub.

Seçilən
4
azedu.az

1Mənbələr