AZ

Bahar Muradova: Güclü cəmiyyətin formalaşdırılması qadından və onun təhsilindən birbaşa asılıdır

Güclü cəmiyyətin formalaşdırılması qadından və onun təhsilindən birbaşa asılıdır.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının "Məzun günü"ndə bildirib.

Onun sözlərinə görə, sozügedən proqram hazırda ölkənin 58 rayonu, 27 təhsil müəssisəsini əhatə edir:

"Bu çərçivədə yüzlərlə gənc qızın təhsilinə töhfə verməyə davam edirik. Çünki gənc qızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu, cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür. Elm və Təhsil Nazirliyinin qoşulması ilə atılan addımlar nəticəsində layihə daha da genişlənib və bu günədək 100-dən çox qız bu dəstəkdən yararlanıb".

Seçilən
6
report.az

1Mənbələr