AZ

"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 350-yə yaxın qız təhsil alır - Elnur Nəsibov

Bakı. Trend:

Qızlara yalnız təqaüd verilmir, onlara həm də təcrübə verilir vəonlar gələcəkdə iş tapmaqda çətinlik çəkmirlər.

Trend xəbərverir ki, bu sözləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətininsədri Elnur Nəsibov "Gənc qızların təhsilinə dəstək” layihəsiiştirakçılarının məzun günündə çıxış edərkən deyib.

O bildirib ki, 350-yə yaxın qız bu layihə çərçivəsində təhsilalır.

"Layihənin əsas məqsədi sosial həssas qrupdan olan qızların alitəhsilə çıxış imkanlarını artırmaq və onların gələcək inkişafınadəstək olmaqdır"- deyə o əlavə edib.

Elnur Nəsibov qeyd edib ki, "Parla" təqaüd və inkişaf proqramına2023-2025-ci tədris illərində 1465 müraciət olub.

"Proqramdan 100 nəfər yararlanıb. Onlardan 5 nəfəri şəhidyoldaşıdır. 14 nəfər məzun olub və onlardan 4 nəfəri işlə təminedilib.

Təhsilin İnkişafı Fonunun həyata keçirdiyi sahələrdə özəlsektorun rolu olduqca böyükdür"- deyə o əlavə edib.

Seçilən
8
az.trend.az

1Mənbələr