Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, faktlar təqdim edərək institutu sənədləri saxtalaşdırmaqda ittiham edib.
O, saytımız vasitəsilə hüquq-mühafizə orqanlarına çağırış edərək, saxta sənəd hazırlayan və onun dövriyyəyə buraxılmasına göstəriş verən şəxslərin qanun qarşısında cavab verməli olduğunu bildirib.
“G.Aslanlı həmçinin öz təşəbbüsü ilə 2025-ci ildə dosentlik üçün müraciət edərkən elmi işlərini rəsmi qaydada təkrar “StrikePlagiarism” proqramından keçirdiyini qeyd edib. Rəsmi nəticədə oxşarlıq göstəricisi cəmi 1.1% olub. Alim iddia edir ki, institut isə ona “20% plagiat” göstərilən sənəd təqdim edib: "Bu qədər fərq yalnız texniki saxtakarlıqla mümkündür və əlimdə olan iki sənədi istənilən hüquqi və ekspertiza qurumunda təqdim etməyə hazıram. Bütün bunlar göstərir ki, mənə qarşı məqsədli şəkildə kampaniya aparılıb".
Buna cavab olaraq Tarix və Etnologiya institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Günel Aslanlının dosentlik üçün müraciət zamanı bəhs olunan kitabın təqdim etdiyi pdf variantı həmin kitabın özü və onun orijinal pdf-i ilə tutuşdurulub.
İddia olunur ki, bu zaman dosentlik üçün təqdim edilən pdf-ə ciddi müdaxilə edildiyi müəyyən olunub:
"Zahiri baxış zamanı aydın olub ki, kitabın orijinal variantı və təbii ki, pdfi 180 səhifə olduğu halda, təqdim olunan pdf, annotasiya hissəsində kitabın 180 səhifə olduğu göstərilməsinə baxmayaraq, cəmi 168 səhifədir. Bu onu göstərir ki, təqdim olunan pdf-də 12 səhifə çatışmır. Ttəqdim olunan pdf səhifəbəsəhifə nəzərdən keçirdikdə, məlum olub ki, əksər səhifələrdən bəzi hissələr çıxarıldığı üçün yarımçıq vəziyyətdədir. Təqdim olunan pdf-lə tanış olarkən annotasiyadan başlayaraq nəticəyədək mətndə xeyli dəyişikliklər edildiyi üzə çıxın.