AZ

Kapitan Kukun 250 il əvvəl batmış gəmisi burada tapıldı

İngilis dənizçisi, kəşfiyyatçısı Ceyms Kukun batmış gəmisi 250 il sonra Amerikanın Rod-Aylend ştatının sahillərində aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.

Bildirilir ki, 1768-1771-ci illər arasında "Endeavour" Avstraliyanın şərqinə çatan ilk Avropa gəmisi olub. 1778-ci ildə İnqilab Müharibəsi zamanı ABŞ sahillərində batıb. Əsrlər boyu gəmi itmiş hesab edilib, lakin indi onun qalıqları "Nyuport" limanında tapılıb. "Endeavour" ingilis qoşunlarını daşımaq və həbsxana gəmisi kimi də istifadə edilib.

"Amerikalılar və fransızlar "Nyuport" limanını mühasirəyə alanda gəmi sualtı maneə kimi qəsdən batırılan 13 gəmidən biri olub", - məqalədə deyilir.

Avstraliya Milli Dəniz Muzeyinin direktoru Derl Karpın sözlərinə görə, ekspertlərin "Endeavour"la bağlı hesabatı 25 illik arxeoloji və sualtı tədqiqatların nəticəsidir. Gəminin qalıqları 1768-ci ildə Kukun gəminin təsviri ilə müqayisə edilib. Alimlər onları taxta tirlərin ölçüsü sayəsində müəyyən edə biliblər.

Seçilən
43
2
publika.az

2Mənbələr