AZ

ATM-lərdə YENİLİK - Bunu edənlərin kartı sistemdən silinəcək

Türkiyədə yeni təhlükəsizlik sistemi tətbiq olunmağa başladı

Türkiyə Respublikasının Mərkəzi Bankının təlimatı ilə ölkə üzrə bir çox ATM-də yeni təhlükəsizlik sistemi tətbiq olunub. Bu sistem bəzi hallarda kartların ATM tərəfindən udulmasına səbəb olur.

Artan dələduzluq halları bank sektorunda ciddi tədbirlər tələb edib və nəticədə ATM-lərdə təhlükəsizlik protokolları sərtləşdirilib. Yeni sistemin əsas məqsədi maliyyə fırıldaqlarının və oğurluqların qarşısını almaqdır.

Kartınızı ATM niyə udur?

ATM-lərin kartı udması dörd əsas risk faktoru ilə bağlıdır:

1.Kart şifrəsinin ardıcıl 3 dəfə yanlış daxil edilməsi

2.Kart sahibinin borclar səbəbilə kartının bank tərəfindən bağlanması

3.Kartın son istifadə tarixinin keçməsi

4.Kartın itkin və ya oğurlanmış kimi sistemə qeyd olunması

Bu hallardan biri və ya bir neçəsi baş verdikdə, ATM kartı təhlükəsizlik məqsədilə bloklayır və geri qaytarmır. Bu mexanizm sayəsində həm kart sahibinin hesabı qorunur, həm də potensial fırıldaqçılıq cəhdlərinin qarşısı alınır.

Təkcə ATM yox, mobil bankçılıqda da ciddi yoxlamalar

Yeni sistem yalnız ATM-lərlə məhdudlaşmır. Banklar artıq mobil və internet bankçılıqda da “Hesab məlumatlarını yenilə” və “Şifrəni dəyiş” kimi əməliyyatlarda çoxmərhələli təsdiqləmə tətbiq edir. Məqsəd: istifadəçilərin şəxsi məlumatlarını və bank hesablarını maksimum səviyyədə qorumaq.

Vüsal

Seçilən
9
bakuinfo.net

1Mənbələr