AZ

İsraildən İranın 6 aerodromuna hücum

İsrail Hərbi Hava Qüvvələri İran səmasında hava üstünlüyünü gücləndirmək məqsədilə İran rejiminin qərb, şərq və mərkəzi bölgələrində yerləşən altı hərbi hava limanına genişmiqyaslı hücum həyata keçirib.

Hücum nəticəsində uçuş zolaqları, yeraltı angarlar, yanacaq daşıyan təyyarələr, eləcə də rejimə məxsus “F-14”, “F-5” döyüş təyyarələri və “AH-1” döyüş helikopterləri məhv edilib.

Məlumata görə, bu təyyarələr İsrail qırıcılarına qarşı istifadə olunmaq və hava hücumlarının qarşısını almaq üçün hazırlanmışdı.

İsrailin hava əməliyyatı nəticəsində İran ordusunun bu hava bazalarından havaya qalxmaq qabiliyyəti və hava qüvvələrinin fəaliyyəti ciddi şəkildə pozulub.

Seçilən
2
vaxt.az

1Mənbələr