AZ

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı VİDEO

Sfera.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərhumun bacısı Bahar Candan, fenomen Dilan Polatla birlikdə bacısının xatirəsinə halva bişirib və həmin anları sosial şəbəkədə paylaşıb. Görüntülərdə Bahar Candanın gülümsəməsi isə izləyicilər tərəfindən yersiz və hörmətsiz hərəkət kimi qiymətləndirilib.

Dilan Polatın Bahar Candanı evində qəbul edərək çəkdiyi foto və videoları paylaşması da sosial mediada tənqid olunub. Bir çox istifadəçi başsağlığı və matəm əvəzinə bu cür görüntülərin paylaşılmasını “şou” adlandıraraq hər iki şəxsi sərt sözlərlə qınayıb.

Qeyd edək ki, Nihal Candan uzun müddət anoreksiya nervoza ilə mübarizə aparırdı və həyatının son dövründə 23 kiloqrama qədər arıqlamışdı.

Bəsti Rəfizadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sfera.az

2Mənbələr