Rusiyada yaşayan azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyədə futbol klubu alıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, növbəti mövsümdən ikinci liqada çıxış edən “Serik Belediyespor”un səhmlərinin 50 faizinə sahib çıxıb.
T.Sadıqov bunun üçün 4 milyon avro ödəyib.
Maraqlıdır ki, iş adamı kluba yeni baş məşqçi də təyin edib. Bu vaxtilə “Simurq” klubunda işləmiş Sergey Yurandır.
Onun təyinatı yaxın günlərdə açıqlanacaq.
T.Sadıqovun Rusiyada sahibi olduğu “Ximki” klubu isə fəaliyyətini dayandırıb. Bu barədə klub rəsmi instaqram hesabında açıqlama yayıb.
Klub maddi problemlərə görə bu durumla üz-üzə qalıb.