BAKI, 23 iyun. TELEQRAF
Ötən tədris ilində 30 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib.
Bu barədə Teleqraf-a Bakı Şəhər Təhsil İdarəsindən xəbər verilib.
Bildirilib ki, Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib.
Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
BŞTİ-nin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub.