AZ

Alonso Asensioya qəzəblənib: Yaxşı bir dərs olacaq

"Real"ın baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda "Paçuka" üzərində 3:1 hesablı qələbədən sonra müdafiəçi Raul Asensionun qırmızı vərəqəsi ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:

"Raul Asensio ilə danışacağam, amma bu təcrübədən dərs çıxarmalı olduğu açıqdır. Asensio belə bir səhv etməməli idi. Onun bunu anlaması vacibdir. Matçın əvvəlində şanslardan istifadə etməlisən, amma bu, qırmızı vərəqə ilə nəticələnəcək qayda pozuntusu olmamalıdır. O, hələ gəncdir və bu, gələcək üçün yaxşı bir dərs olacaq".

Qeyd edək ki, qarşılaşmanın 7-ci dəqiqəsində 22 yaşlı ispan futbolçu rəqib hücumçu Salomon Rondonu cərimə meydançasının önündə yerə yıxaraq, "son ümid" fouluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Seçilən
68
21
publika.az

10Mənbələr