Aktual.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi Almaniyanın ARD telekanalına verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, Tehran "Nüvə silahının yayılmaması haqqında" müqavilənin vicdanlı iştirakçısıdır:
"Bu müqaviləyə əsasən, biz uranı ölkəmizin rifahı naminə dinc məqsədlərlə zənginləşdiririk. Biz bu müqavilənin çərçivəsindəki öhdəliklərimizə əməl etdiyimiz müddətcə heç kim bizə nə etməli olduğumuzu diktə edə bilməz".