Son dövrlərdə İran və İsrail arasındakı qarşıdurmalardan sonra sosial mediada nüvə ballistik raketləri gündəmə gəlib. Bəs nüvə ballistik raket nədir və istehsalı neçəyə başa gəlir?
Valyuta.az xəbər verir ki, nüvə raketlərinin istehsalı son dərəcə baha və son dərəcə gizli saxlanılan prosesdir. Nüvə silahı - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır.
Bəs bir nüvə raketi neçəyə başa gəlir?
Qitələrarası ballistik raketlər Minuteman III (ABŞ) təxmini 50 milyon dollar, Topol-M (Rusiya) isə təxmini 47 milyon dollara başa gəlir. Lakin bu qiymətlər yalnız başlığın özünə aiddir – istehsal, daşıma, buraxılış sistemi və s. bu qiymətə daxil deyil.
Digər ölkələrdə müxtəlif raket qiymətləri:
1. Çin: (DF-41) 60-100 milyon
2. Hindistan: (Agni-V) 30-40 milyon
3. ABŞ: (Trident ll) 90 milyon
4. Rusiya: (RS-24 yars) 50 milyon
Nüvə raketi təkcə texnoloji güc və siyasi təzyiq vasitəsi deyil - o, bəşəriyyətin nə qədər məhv etmə gücünə sahib olduğunu göstərən ən bahalı xəbərdarlıqdır.
Nüvə raketləri həm maliyyə baxımından, həm də insani və etik baxımdan bahadır. Bu bahalı texnologiya dünyanı qoruyurmu, yoxsa daim təhdid altında saxlayır – bunu sadəcə zaman göstərəcək.
Tənzilə Ağabalayeva