AZ

Gürcüstanın Baş naziri Aİ səfirini faciəli şəxs adlandırdı

TBİLİSİ, 23 iyun. TELEQRAF

“Herçensiki faciəli şəxsdir, ona səfir kimi çalışmağa imkan vermirlər”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin Avropa İttifaqının (Aİ) ölkədəki səfiri Pavel Herçenski ilə bağlı sualına cavabında deyib.

Onun sözlərinə görə, Herçenskini Gürcüstanda demokratik seçkilərə müdaxiləyə məcbur ediblər.

“O, ictimaiyyəti mövcud hakimiyyətin əleyhinə səs verməyə çağırış edib. Biz Herçenski ilə birtərəfli dostluq münasibətlərini saxlayırıq”, - İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, P.Herçenski bu günlərdə jurnalistlərə müsahibəsində bildirib ki, Gürcüstan uzun müddət Aİ-yə üzv olmaq üçün tarixi şansı itirə bilər və ölkədə demokratiya təhlükə altındadır.

Seçilən
18
17
teleqraf.com

7Mənbələr