AZ

Şəhərə yay gəlib – istiylə, pikniklərlə və... ofis geyimi dilemması ilə - FOTO

Şəhərə

Yay şəhərə uzun gecə gəzintiləri, təbiətdə romantik pikniklər, açıq terraslarda içilən kokteyllər, istilər, çılpaq çiyinlər, sandal geyimləri və... ofisdə geyimin uyğunluğu ilə bağlı fikir ayrılıqları ilə gəlir. Adam işləyərkən yüngül, nəfəs alan, rahat geyinmək istəyir, amma ciddi (bəlkə də, yaxşı ki) dress-kod tətilə çıxmır. Bəs üslubla tanışlıq arasında sərhəd haradan keçir?İsti havada həm uyğun, həm də rahat görünmək üçün məsləhətlər:👗 Mini yubkalar – ofisdən kənarPəncərə arxasında tropik istilər olsa belə, ultrashort yubka və şortlar hələ də ofis etiketi çərçivəsinə daxil deyil.“İş mühitində geyim təkcə estetik deyil, həm də hörmət ifadəsidir. Ən yaxşısı, dizə qədər (və ya bir ovuc yuxarı) uzunluqda yubkalar və ya axıcı parçadan midi donlar seçməkdir. Belə geyim həm sərinlik verir, həm də həmkarları sanki çimərlikdən gəlmişsiniz kimi narahat etməz”, – deyə stilist izah edir.👡 Açıq ayaqqabılar – bəzi şərtlərləSandal, mül və açıq ayaqqabılar – olar, amma səliqəli, təmiz və çimərlik havasından uzaq modellər seçilməlidir. Şəp-şəplər və qalın platformalı "yay arzusu" modelləri – hovuz kənarına aiddir.Qapalı burunlu və ya zərif qayışlı, hamar dəri və ya tekstildən olan modellər daha uyğundur. Diqqət: pedikür vacibdir!👚 Şəffaflıq – ofis üçün deyilNazik bluzlar, şəffaf parçalar, dibi görünən top’lar – axşamlar və istirahət günləri üçün daha uyğundur. Gün işığında parça sizi aldada bilər və göründüyündən daha çox şey göstərər.Əgər çox istəyirsinizsə, altına qapalı top geyin və ya astarlı modellərə üstünlük verin. "Moda şəffaflığı sevir, amma tərbiyəni də unutmamalıyıq", – deyir stilist.👕 Askılı köynək və toplar – yalnız pencəkləHətta temperatur yüksəlsə belə, çiyinləri örtmək vacibdir. Ən uyğunu – qısaqollu köynəklər, kətan köynəklər və ya yüngül pencəklərdir.Çılpaq çiyinli top’lar əyləncə gecələri üçün daha uyğundur. Geniş askılı top’ları isə pencək, jilet və ya kardiqanla kombinləmək olar – həm təmiz görünür, həm də işə yaraşır.Əsas qayda: unutmayın ki, ofis kurort deyil – nə qədər istəsək də...💍 Aksesuarlar – az və yerindəYayda rəng qatmaq cazibədar ola bilər, amma ofis podium deyil. Nəhəng sırğalar, iri bilərziklər və geniş kənarlı şlyapalar diqqəti yayındırır və bəzən qəribə görünür.Ən yaxşısı – bir parlaq detal seçmək: məsələn, rəngli yaylıq, maraqlı çanta və ya zərif broş. Bu həm zövqünüzü, həm də detal sevgisini göstərər.ŞəhərəUlusum.az

Diqqət Çəkənlər

Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?

Hayfaya birbaşa zərbə – İranın raketləri hədəfə çatdı

İsraildən İrana sarsıdıcı zərbə - VİDEO

phrase_var_article.chosen
149
42
ulusum.az

10phrase_var_article.sources