AZ

İsti hava nəfəs kəsəcək! - Dəniz suyunun temperaturu belə 30 dərəcəyə çatır

Azərbaycanlıların da yay aylarında istirahət üçün tez-tez üz tutduğu Türkiyədə havalar getdikcə daha da isti keçir. Bu səbəbdən qardaş ölkəyə səfər edən soydaşlarımızın diqqətli olması tövsiyə olunur.

Yenisabah.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin son məlumatına əsasən, bu günlərdə Hatayın İskəndərun körfəzində dəniz suyunun temperaturu 29 dərəcəyə qədər yüksələcək. İdarə bütün ölkə üzrə isti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Havaların bu cür isti keçməsi dəniz suyunun temperaturuna da təsir edib.

"Pirireis Dənizçilik" səhifələrinin 23 iyun tarixli məlumatına əsasən, İskəndərun körfəzində dəniz suyu temperaturu 28.7 dərəcə olaraq proqnozlaşdırılıb.

Mersin şəhərində dəniz suyunun 28.1, Silifkədə 26.3, Anamurda isə 23.7 dərəcə olduğu bildirilir.

Bu gün Hatayda havanın temperaturu 31 dərəcə, Mersində isə 32 dərəcə olaraq gözlənilir.

Yay tətili üçün Türkiyəyə yollanan və xüsusən də sahil bölgələrində dincələn Azərbaycan vətəndaşlarının həm isti hava, həm də dəniz şəraitinə uyğun davranmaları, günün qızmar saatlarında ehtiyatlı olmaları tövsiyə olunur.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr