AZ

DİQQƏT: 10 gün sonra Azərbaycanda yeni qadağa qüvvəyə minir

Məlum olduğu kimi, 2025-ci il iyulun 1-dən etibarən Azərbaycanda qohum evlilikləri rəsmi şəkildə ləğv ediləcək. Yeni qanunvericilik dəyişiklikləri birinci və ikinci dərəcəli qohumlar arasında nikahların bağlanmasını qadağan edir. Bu qərar illərlə müzakirə mövzusu olan genetik risklər və irsi xəstəliklərin qarşısının alınması məqsədi daşıyır. Həkimlər və mütəxəssislər belə nikahların genetik xəstəliklərin yayılmasına səbəb olduğunu bildirirlər.

Bəs qohum evliliklərinin qadağan olunması cəmiyyət tərəfindən necə qarşılanacaq? Bu qanuna nə dərəcədə əməl olunacaq və onun icrası hansı yollarla təmin ediləcək?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, qadağa qüvvəyə mindikdən sonra qanunda bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur və bu, prosesə öz töhfəsini verəcək bir məsələdir:

“Amma qanun məsələni tam tənzimləyəcəkmi, nəticəsi olacaqmı – bunu söyləmək çətindir. Hesab edirəm ki, qanunların dəyişməsi yetərli deyil. İnsanların düşüncəsi, yanaşması dəyişməlidir. Təəssüf ki, hələ də cəmiyyətdə bu cür nikahları müdafiə edən, tərəfdarı olan insanlar var. Yəni insanların düşüncəsi, baxışı, yanaşması dəyişməlidir. Belə olduğu təqdirdə hansısa nəticədən, uğurdan söhbət gedə bilər. Hesab edirəm ki, bu, ciddi bir məsələ olduğuna görə cəmiyyətin təbəqələri, bütün üzvləri belə məsələlərdə fəal olmalıdırlar”.

Deputatın fikrincə, laqeydliyə və biganəliyə yol vermək olmaz:

“Cəmiyyətin bir hissəsi qeyd etdiyim kimi, fərqli düşünür, amma cəmiyyətin fərqli düşünməsi əsas deyil. Əsas olan odur ki, qohum nikahlarından çoxlu sayda uşaq xəstə dünyaya gəlir. Yəni bunun saysız faktları var. Bu səbəbdən insanların əziyyət çəkdiyini görürük. Düşünürəm ki, burada əsas meyar bunlar yox, gələcəyimiz, gənclərin sağlamlığı, gənclərin gələcəyinə yönəlmiş addımlar olmalıdır. Yəni biz əsas prinsip, məqam kimi bunu nəzərə almalıyıq”.

Seçilən
2
bakuinfo.net

1Mənbələr