AZ

Azərbaycanda “Xəzər Lənkəran”ın yerini hansı klub tutacaq? - VİDEO

“Turan Tovuz” azarkeşlərinin özlərinəməxsus üstünlükləri var.

Komandalarını daim dəstəkləyirlər.

Çox möhtəşəm mənzərədir. Bölgələrdə futbol olmalıdır, yayılmalıdır.

İllər öncə “Xəzər Lənkəran”ın matçarına gedəndə çox fərqli auranın şahidi olurduq. Azarkeş itici gücdür, motivasiyadır. Bu da regionlarda daha möhtəşəmdir.

Təxmin edirəm ki, “Turan Tovuz” 1-2 ilə fərqli səviyyədə futbol oynayacaq.

Klub prezidentinin işə yanaşması sayəsində görülən işlər yüksək səviyyədədir. Ümumiyyətlə, futbol düzgün idarəçiliklə ən yüksək səviyyəyə çatır”.

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində qonaq olan “QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov tərəfindən səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun aparıcısı olduğu efirdə bölgə futbolunun inkişafı yollarından danışılıb. Xüsusilə, Tovuz klubunun idarəçiliklə bağlı apardığı strategiyaya toxunulub.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
6
1
sportinfo.az

10Mənbələr