AZ

Azərbaycan Ordusu tarixin cığırdaşıdır

Azərbaycanda ordunun yaranması Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə bağlıdır. 1917-ci ilin dekabrında general Əliağa Şıxlinskinin rəhbərliyi ilə Müsəlman korpusunun təş­ki­linə başlananda Azərbaycan hələ özü müstəqil dövlət deyildi. Bu korpus Cənubi Qafqazda le­gi­tim hakimiyyət funksiyasını öz üzərinə götürmüş Cənubi Qafqaz komissarlığının qərarı ilə təş­kil edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə bu korpusun formalaşdırılması üçün müəyyən işlər görülmüşdü. Cümhuriyyət elan olunandan sonra Azərbaycan hökuməti bu korpusu öz nəzarəti altına götürdü, 1918-ci il iyun ayının 26-da onun bazasında Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müs­tə­qil Azərbaycan dövlətinin rəhbərləri də ordu olmadan dövlətin müstə­qil­li­yni qoruyub saxla­ma­ğın müm­künsüzlüyünü nəzərə almışdılar.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyəti il­lə­rində milli ordu quruculuğu sa­hə­sində görülən işlərə, əldə edilən nəticələrə yüksək qiymət ver­irdi. Əla­hiddə Azərbaycan korpusnun əsasının qoyul­duğu günün – iyun ayı­nın 26-nın Azərbay­can Respub­li­kası Si­lah­­lı Qüv­və­lər günü təyin edilməsi, Cümhuriyyət ordusu ilə müasir Azərbaycan Respublikasının ordusunun mahiyyətinin oxşarlığı, bu oxşarlığı yaradan və yaşadan amilləri dövlətçiliyə sədaqət amili idi. Bu sədaqət 1998-ci ilin 22 mayında bir fər­man­la təsdiq edildi. Bu fərman həm də böyük tarixi şəxsiyyətin Azərbaycan Xalq Cüm­hu­riyyəti milli ordunun təşkil edilməsi üçün görülən işlərə verdiyi böyük dəyər idi.

Tam artilleriya generalları Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski Azərbaycanın müstəqilli­yinə son dərəcə sə­da­qətli oldu­lar. Onlarla bir sırada neçə-neçə general, yüzlərlə zabit də Cüm­hu­riy­yət ordusunun təşkilat­lan­masında, ordunun yad qüvvələrə qarşı uğurlu mübarizə aparmasında böyük xid­mət­lər göstəriblər. Tarix təsdiqləyir ki, Cümhuriyyət or­du­su­nun milli hərbi geyimi hazırlanmışdı, orduda Azər­bay­can türkcəsi tətbiq edil­miş­di, ordunun şəx­si he­yəti arasında savadsızlığın ləğvi və Azər­baycanın qəhrəmanlıq tarixinin öyrənil­mə­si üçün konkret tədbirlər həyata keçirilirdi. Azərbaycan dilində yazılmış hərbi marşlar oxu­nur­du. Bu marşlar əsgərlərin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayırdı.

Cümhuriyyət ilhaq edildi. Ordu da imperiya ordusunun tərkibinə daxil edildi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra gənc dövlətin ordusu da yaranmağa başladı. Ancaq dövlətin idarə edilməsində səriştəsizliyə görə, orduda vahid komandanlıq olmadığına görə, yerli müdafiə batalyonlarına hərbi təhsili olmayanların rəhbərlik etməsi və s. ordunun formalaşmasına, düşmənlə döyüş aparmasına imkan vermirdi.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordu quruculuğunda da əsaslı islahatlar aparılmasını təmin etdi. Yerli müdafiə batalyonları buraxıldı. Orduda vahid komandanlıq yaradıldı.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki bazası genişləndirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. 

Ulu Öndər 1996-cı ild fevralın 2-də demişdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.

Ordunun peşəkar zabit kadrları ilə komplektlışdirilməsi üçün hərbi təhsil sistemində də əsaslı islahatlar həyata keçirildi.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.

Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Belə nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaratdı.

Odrumuz 2016-cı ilin Aprelində, 2018-ci ilin mayında Günnütdə, 2020-ci ilin uyununda Tovuzda mühüm qələbələr qazandı. 2020-ci il sentyabrın 27-də əks-hücum kimi başlayan İkinci Qarabağ müha­ri­bəsində tarixi Zəfər qazandı. 2023-cü ilin 20 sentyabrında Azərbaycanın ərazi büövlüyü tam bərpa edildi…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olundu.

Bakıda Qənimətlər Parkı, Zəfər Muzeyi yaradıldı…

Tarixi Zəfərədən sonra Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başladı. Zabit kadrları hazırlığını Türkiyə modeli əsasında hazırlamaq üçün Milli Müdafiə Universiteti yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlhm Əliyev dedi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

26 iyun Azərbaycan Ordusunun yaranması günü kimi tarixin cığırdaşı oldu…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Seçilən
0
2
ikisahil.az

3Mənbələr