AZ

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 24 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz azalaraq, 4 milyon 305 min 12 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qırğızıstan elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artaraq, 24 milyon 355 min 83 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
1
8
turkic.world

10Mənbələr