AZ

Hörmüz boğazı bağlanarsa, ABŞ-da “neft şoku” baş verəcək

İran Hörmüz boğazını bağlasa, ABŞ-a aman verməyəcək “neft şoku” baş verəcək.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib: “Bütün dünyada neftin qiyməti qalxır. Hörmüz boğazının bağlanması ABŞ-a aman verməyəcək. Heç kim qlobal neft şokundan sığortalanmayıb – neftin qiyməti qalxacaq”, – Kirill Dmitriev bildirib.

Ötən gün İran parlamenti ölkənin cənubundakı Hörmüz boğazının bağlanması qərarını təsdiqləyib, yekun qərarı İİR-in Milli Təhlükəsizlik Şurası verəcək. Lakin neft qiymətləri artıq öz artımını sürətləndirib. “Brent fyuçersləri bu gün yanvarın 20-dən etibarən maksimumu – bir barel üçün 81 dolları keçib.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr