Cari ilin 5 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 mlrd. 944 mln. 547 min manatdan çox vəsait ödənilib
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
2025-ci ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 295 mln. 244 min manat və ya 8,09% çox olmaqla 3 mlrd. 944 mln. 547 min manatdan çox vəsait ödənilib.