AZ

İran uranı zənginləşdirməyə davam edəcəyini bildirib

İran xarici təzyiqlərə baxmayaraq, uranı dinc məqsədlərlə zənginləşdirməyə davam edəcək...

Poliqon xəbər verir ki, bunu Almaniyanın ARD telekanalına İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.

“Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin vicdanlı iştirakçısıyıq və bu əsasda uranı dinc məqsədlər üçün zənginləşdiririk”, o vurğulayıb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, İran ABŞ-ın İslam Respublikası ərazisinə endirdiyi zərbələri pisləyən Rusiyanın mövqeyini yüksək qiymətləndirir.

Diplomat əlavə edib ki, Tehran və Moskva hazırda mövcud eskalasiya ilə bağlı mövqelərini əlaqələndirirlər. Əraqçinin sözlərinə görə, İran hakimiyyəti hazırkı təhlükəli vəziyyətdə rusiyalı həmkarları ilə məsləhətləşmələrə böyük əhəmiyyət verir.

Poliqon.info 

Seçilən
2
poliqon.info

1Mənbələr