Keçmiş amerikalı hərbi pilot ABŞ hava məkanında naməlum uçan obyekt (UNO) ilə qarşılaşdığını iddia edib...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Daily Express qəzeti məlumat yayıb.
Tunderbirds eskadronunun veteranı Rayan Bodenheimerin sözlərinə görə, hadisə Vayominq ştatı üzərində F-15 döyüş təyyarəsi ilə uçuş zamanı baş verib. Doqquz min metr hündürlükdə pilot təxminən 15 metr ölçüdə sirli düzbucaqlı obyekt görüb. UNO-nun qanadları və mühərrikləri olmayıb və kənarları ağ işıqla örtülüb. Daha sonra obyekt döyüş təyyarəsi ilə eyni sürəti - saatda 740 kilometr uçub.
İki min saat uçuş müddəti olan Bodenheimer UNO-nun təyyarə və ya pilotsuz uçuş vasitəsi olmadığını əminliklə ifadə edib. Belə bir düzbucaqlı formaya malik bir obyekt sadəcə aerodinamik olaraq uça bilməz.
Pilot vurğulayıb ki, bir çox həmkarlar istehza qorxusundan UNO qarşılaşmaları haqqında danışmaqdan çəkinirlər, baxmayaraq ki, son vaxtlar buna münasibət dəyişib.
Poliqon.info