AZ

ABŞ İrana hücumda belə çaşqınlıq yaradıb: Vaşinqtonun şok taktikası

ABŞ bunker bombaları daşıyan təyyarələr İrana doğru uçarkən Yaxın Şərqdən əks istiqamətə radar transponderləri olan bir qrup bombardmançı göndərməklə təxribat taktikasından istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “New York Times” yazıb.

Qeyd edildiyi kimi, B-2 strateji bombardmançı təyyarələri GBU-57 bunker bombalarını daşıya bilən və radar tərəfindən aşkar edilməyən yeganə hərbi təyyarədir.

“Hücumun planlaşdırılmasında çaşqınlıq yaratmaq üçün komandanlar təxminən eyni vaxtda Missuridən B-2 bombardmançılarından ibarət iki qrup göndərmək qərarına gəliblər”, - nəşr bildirib.

Plan, transponderləri işə salınmış bir qrup təyyarəni peyklər tərəfindən izlənilə biləcəyi qərbə - Quama doğru doğru getməsi idi. Bu arada, başqa bir bombardmançı qrupu bombalarla dolu və transponderləri söndürülmüş halda İranın şərqinə doğru irəliləyib.

Seçilən
3
publika.az

1Mənbələr