Sea Breeze

“Apple” şirkəti “iPhone 17” smartfonunun əsas modeli üçün iki yeni rəng variantını sınaqdan keçirir – bənövşəyi və açıq yaşıl.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Maсin Bu məlumat yayıb.

İnsayderin fikrincə, smartfonun bənövşəyi rəngində buraxılması şansı daha çoxdur, çünki o, “Apple” üçün daha çox maraq doğurur və “parlaq və müasir” kimi təsvir olunur.

Sonuncu dəfə bu cür rəng çalarlarından “iPhone 12” seriyasında istifadə edilmişdi.

“iPhone 17” seriyalı smartfonların təqdimatı 2025-ci ilin sentyabrında gözlənilir.

ETX
ETX
ETX