AZ

İsrail xarici turistlərin ölkədən çıxışına şərait yaradacaq

Bakı. Trend:

İran-İsrail arasında hərbi münaqişənin başlamasından sonraİsrail ərazisində çıxılmaz vəziyyətdə qalmış xarici turistlərİsrail vətəndaşlarını vətənə qaytaran təyyarələrdə İsraili tərk edəbiləcəklər. Hər təyyarə ilə 50-yə yaxın sərnişin ölkədən çıxabiləcək.

Trend xəbər verirki, bunu İsrailin nəqliyyat naziri Miriq Reqev “Times of Israel”nəşrinə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, İsrail ötən həftənin çərşənbə günündən etibarənAvropa və ABŞ-də olan 100 minə yaxın İsrail vətəndaşının ölkəyəgeri qaytarılması üçün repatriasiya reyslərini işə salıb. İsrailin“El Al”, “Israir” və “Arkia” şirkətləri atəş təhlükəsi olduğundanuçuşları gündüz saatlarında həyata keçirir.

Saatda cəmi iki təyyarənin enişinə icazə verilir: onlar BenQurion hava limanına enir, sərnişinləri düşürür və dərhal havayaqalxırlar. "Times of Israel" nəşrinin dəqiqləşdirdiyinə görə,İsrail hakimiyyəti bundan əvvəl hava nəqliyyatı ilə ölkəni tərketməyi qadağan etmişdi. Bu məhdudiyyətlər arxa cəbhəkomandanlığının təlimatlarına əsasən tətbiq olunub ki, havalimanında yerüstü əməliyyatların vaxtı minimuma endirilsin və havalimanında sıxlıq yaranmasın.

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr