AZ

İmtahan taktikası: Zəif abituriyentlər I qrupu seçir?

I və IV ixtisas qrupları üzrə birinci cəhd imtahanlarının nəticələri açıqlanıb. I qrupdan cəmi 2, IV qrupdan isə 5 abituriyent maksimum - 400 bal toplayıb.


Bu isə sual doğurur: Görəsən, IV qrup üzrə 5 nəfərin yüksək nəticə əldə etməsi onların ciddi hazırlaşmasının nəticəsidir, yoxsa bu sualların daha asan olmasından irəli gəlir?

 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təəhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, zəif abituriyentlər IV qrupa deyil, I qrupa sənəd verir:

 

"IV ixtisas qrupu I qrupdan fərqlənir. Çünki IV qrupda tibb ixtisası var ki, buna da daha potensialı yaxşı olan abituriyentlər müraciət edir. Azərbaycan Tibb Universiteti xəyalı olanların IV qrupa müraciət etməkdə məqsədləri təkcə tibb ixtisaslarına qəbul olmaqdır. Buna görə də aşağı bal toplayacağını bilən, zəif abituriyentlər IV qrupa deyil, I qrupa sənəd verirlər".

 

"I qrupa hazırlaşan abituriyentlər bilirlər ki, orta balla da istədikləri universitetlərə qəbul ola biləcəklər",- deyə ekspert bildirib:

 

"Prosesin bu qayda ilə getdiyini imtahan nəticələrindən də gördük. Fikrimcə, I və IV qrup sualları arasında çətinlik və asanlıq baxımından bir fərq yox idi. IV qrupda 5 nəfərin maksimum nəticə əldə etməsinin sualların asan olması ilə əlaqəsi yoxdur.

 

Qeyd etdiyim kimi, IV ixtisas qrupuna hazırlaşan abituriyentlər daha potensiallı və daha əzmkarcasına hazırlaşırlar. Çünki onlar bilirlər ki, istədikləri tibb ixtisasına qəbul üçün yüksək nəticə lazımdır. Ancaq I qrupa hazırlaşan abituriyentlər bilirlər ki, orta balla da istədikləri universitetlərə qəbul ola biləcəklər".

Seçilən
6
azedu.az

1Mənbələr