AZ

İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB » AzadMedia.az



İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

İsmayıllıda oğul atasını bıçaqlayıb.

Hadisə rayonun Talıstan kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb.

Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.
Seçilən
3
9
azadmedia.az

10Mənbələr