AZ

ABŞ-də kartinq yarış meydançası olan malikanə satılır - FOTO

ABŞ-nin Corciya ştatında çoxsaylı parkinq yerləri və özünün kartinq treki olan böyük malikanə satışa çıxarılıb.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, ümumi sahəsi 144 hektardan çox olan malikanə 11,5 milyon dollar dəyərində qiymətləndirilib.

Malikanə şəxsi yaşayış üçün deyil, daha çox tədbirlər üçün nəzərdə tutulub. Taxta evdə beş yataq otağı, yeddi vanna otağı, böyük mətbəx, 12 yerlik kinoteatr, idman zalı və sauna var. Evə altı avtomobil tutumlu qaraj əlavə olunub.

Ərazidə avtomobil kolleksiyasının yerləşə biləcəyi böyük bir anbar var. Malikanə səhnə, konfrans zalı və verandası olan ayrıca əyləncə məkanına malikdir. Onun daxilində mehmanxana tipli qonaq evi, bir neçə qapalı və açıq park, bir sıra yardımçı tikililər və anbar sahələri, hovuz və at tövləsi var.

 

 

Seçilən
3
2
avtosfer.az

3Mənbələr