BAKI, 23 iyun. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.36% azalaraq 3,373.50 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına əsasən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.03% azalaraq 36 ABŞ dolları təşkil edib.