AZ

İran ABŞ hərbi bazalarını vuracaq - amerikalılara “Yaxın Şərqi tərk edin” xəbərdarlığı edildi…


ABŞ-ın İsrail-İran müharibəsinə qoşulması ilə Yaxın Şərqdəki gərginlik pik həddə çatıb. ABŞ İranda Fordo, Natanz və İsfahandakı 3 nüvə obyektini bombardman edib. Hücumdan sonra ABŞ Yaxın Şərqdəki baza və diplomatik kopruslara hücum təhlükəsi ilə bağlı hərəkətə keçib.

Türkiyəyə səyahət xəbərdarlığı edən ABŞ Livan və İraqdakı personalına və onların ailələrinə ölkəni tərk etməyi əmr edib.

ABŞ-ın “The Atlantic” media təşkilatı ABŞ rəsmilərinə istinadən bildirib ki, İran ABŞ-ın Körfəz, İraq və ya regionun başqa yerlərindəki bazalarını, personalını və ya obyektlərini hədəfə ala bilər.

ABŞ bununla bağlı region ölkələrindəki şəxsi heyətinə xəbərdarlıq mesajı göndərib. ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Türkiyə də daxil olmaqla bəzi ölkələrdəki vətəndaşlarına regionda baş verən hadisələrdən sonra mümkün etirazlar və oxşar iğtişaşlar barədə xəbərdarlıq edib. Departament xüsusilə Livan, İraq və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nümayəndələrinə və vətəndaşlarına xəbərdarlıq edərək son dərəcə ehtiyatlı olmalarını istəyib.

Departament, Livan və İraqdakı təhlükəsizlik risqlərinə diqqət çəkərək, “bölgədə qeyri-sabit vəziyyətlə” əlaqədar, bu ölkələrdə önəmli görəvlərdə olmayan personalın və onların ailə üzvlərinin təxliyə edilməsini əmr edib.

TAHİR

Seçilən
8
baki-xeber.com

1Mənbələr