Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov özünün sosial media hesabında yazıb.
O qeyd edib ki, 60 sualdan ibarət imtahanın 30-na belə düzgün cavab verə bilməyən birisi illərlə məktəbdə dərs deyib:
"Özü də Azərbaycan dili, riyaziyyat, rus, ingilis dili kimi əsas fənlərdən… Bəs bu insanlar indiyə qədər nə öyrədiblər? Kimi yetişdiriblər?
İmtahanda uğursuz nəticə göstərənlərə güzəşt edilməsini təklif edənlərə səslənirəm: Güzəşt uşaqların gələcəyinə qarşı cinayətdir. Empatiya adı ilə savadsızlığı qorumaq, təhsili sıradan çıxarmaq deməkdir. Sertifikasiya — sadəcə imtahan deyil, təhsildə məsuliyyətin ölçüsüdür. Əgər bir müəllim ixtisasını özü yaza bilmirsə, kurikulumdan xəbərsizdirsə, heç bir yeniliyi izah edə bilmirsə, necə “müəllim” adını daşıya bilər?".
Ekspert vurğulayıb ki, əslində problem imtahanın çətinliyində deyil, problem illərlə dərs deyə-deyə öyrənməyə son qoyan, eyni məlumatlarla oturub-duran, tənqidə qapalı, tənbəl, sosial şəbəkədə saatlarla vaxt keçirib, sual düşəndə “çətindi” deyən düşüncədədir.
"Bəli, məktəblərdə bu gün şagirdlərin özləri belə artıq fərqindədir ki, kim onlara nəsə öyrədir, kim sadəcə gününü yola verir.
Sertifikasiya təhsilin gələcəyinə yönəlmiş ən doğru addımlardan biridir. Yalnız bilik və bacarıqla silahlanmış, dəyişən dünyanın tələblərinə cavab verən müəllim təhsilin inkişafına töhfə verə bilər. Qalanı – sadəcə maaş almaq üçün məktəbdə oturan “şəxs”dir.
Unutmayaq: Övladımızın taleyini 30 sualı belə yaza bilməyən birinə etibar etmək – gələcəyimizi qaranlığa buraxmaq deməkdir.
10Mənbələr
-
sfera.azBu müəllimlərin bir adı var: Savadsız! ( 18533965)
-
axar.azBu müəllimlərin bir adı var: Savadsız! ( 18533218)
-
axar.azBu müəllimlərin bir adı var: Savadsız! ( 18533068)
-
qaziler.azSavadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! - Ekspert ( 18529789)
-
demokrat.azSavadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! — Ekspert ( 18528112)
-
modern.azSavadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert ( 18527350)
-
modern.azSavadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! - Ekspert ( 18527335)
-
redaktor.az“Savadsız müəllimlər vakant yerləri tutmamalıdır” Ramin Nurəliyev ( 18522580)
-
redaktor.az“Savadsız müəllimlər vakant yerləri tutmamalıdır” -Ramin Nurəliyev ( 18520267)
-
moderator.az"ABŞ-ın siyasəti diplomatiyaya xəyanətdir" - Abbas Araqçı ( 18518158)