Bakı. Trend:
Fransa polisi Parisdə keçirilən Burje aviasalonunda aksiyatəşkil etmək istəyən 7 nəfəri saxlayıb.
Trend-in“Figaro”ya istinadən məlumatına görə, onlar beynəlxalq tədbirinişini pozmaqda şübhəli bilinirlər.
Polisin açıqlamasında qeyd olunur ki, saxlanılan şəxslər ifratsolçu qruplaşmaya mənsub olub və aviaşouya mane olmağaçalışıblar.
Həmçinin, onlardan 1 ədəd helium balonu və 200 şar müsadirəedilib.