AZ

Qırğızıstanlı dostumla söhbət Aqşin Dadaşoğlu yazır

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən günorta çağı  əsgər yoldaşım Murat Amuraliyev  Qırğızıstandan görüntülü zəng etmişdi.Mən Muratla sovetlərin  hərbi dəniz donamasında , gəmidə  3 il hərbi xidmətdə olmuşam.İndi isə 35-illik ayrılıqdan sonra ilk dəfə idi ki, bir- birimizin üzünü görürüdük.Murat qıyıq gözlərini bir az da qıyıb gülmsəyərək rus dilində mənim  hal-əhvalımı soruşdu.

Mən Muratla türk dilində danışmağa başladım.Murat dediki , “Abi, mən türk dilində  qonuşa bilmiyorum.” Yaxşısı budur biz rus dilində danışaq.Rus dilində xeyli söhbət elədik.Söhbət elədik deyəndə  ki,söhbətimizin əksəriyyətini Murat abi danışdı.Çün ki,o rus dilində məndən daha dəqiq və gözəl danışırdı.Mən o dəqiqə hiss elədim ki,Murat rus dilində fikirləşib danışdığı üçün belə gözəl danışır.Mən isə rus dilində xeyli kitablar oxusam da, danışanda azərbaycan dilində fikirləşib ,beynimdə ki,fikri  rus dilinə çevirib danışırdım.Onun üçün də mənim rus dilim pozuq və rabitəsiz alınırdı.İşimiz, gücümüz, övladlarımız haqqında danışdıqdan sonra söhbəti yenə dil mövzusuna gətirdim.

-Murat abi nə əcəb türkcə öyrənməmisən?

-İstəsəydim öyrənərdim,amma bizdə  Bişkekdə bütün millət rus dilində danışır,qırqız türkcəsində danışan adamlara bizim millət pis baxır,”çuşka” adlandırırlar.

-Abi,  bu yaxınlarda  Qırqızıstanın ədəbiyyat adamları Azərbaycana,  Bakıya qonaq gəlmişdilər,qırqız yazarlarlardan bir xanım qırqız türkcəsi ilə bizim televiziyaya üntervüyü verirdi.Elə şirin,elə gözəl danışırdı ki,bu qırqız yazara ürəyimdə  “əhsən” dedim.

-Qırqız dilini bizdə yazıçı və şairlərdən başqa heç kim danışmır.Bir də ki,bu dildən əyalətlərdə ,uzaq aullarda istifadə edirlər.Sən yəqin Çingiz Aytmatovun  “Gün var əsrə bərabər kitabını oxumusan.”Bax o kitabdakı manqurtlar elə bizik.

Mən ürəyimdə fikirləşdim ki,bu gedişlə qırqız ,tatar,çavuş,yakut ,qazax ,başqırd,noqay və adlarını unutduğum bir çox xalqların türkcəsi latın dilinə dönəcək.Latın dilində ancaq həkimlər,vəkillər və latın dili müəllimləri danışıb yazdıqları  kimi, bu xalqların türkcəsində ancaq  milli yazarlar və ana  dili müəllimləri danışacaq.Murat mənə sabah günorta yenə zəng edəcəyini bildirdi.Qırqızıstanda sovetlər vaxtı hərbi dəniz donamasında xidmət etmiş  matrosların böyük bir federasiyası varmış və bu federasıyanın sabah böyük bir toplantısı olacaqmış.Murat mənə o toplantıdan  zəng edəcəyini,məni keçmiş sovet motrosları ilə tanış edəcəyini dedi.Üstəlik soruşdu ki,sizdə necə sovetlərdə əsgərlikdə olan “moryak”ların federasiyası varmı?Gülərək yoxdur dedim.Bizdə ermənilərlə etdiyimiz müharibələrin qəhrəmanları,şəhidləri,qaziləri var.Keçmişdə sovet ordusunda xidmət edən heç  bir əsgərin sizdə ki, kimi bizdə federasiyası, filanı yoxdu.

Daha Murata demədim ki,bizdə demək olar ki,hər şəhərdə  guya qazilərin problemləri ilə məşqul olan qeydiyyatdan keçmiş və keçməmiş  yüzlərlə təşkilat var.Çox vaxtı bu təşkilatlara ömründə erməniyə bir güllə belə atmayan adamlar rəhbərlik edir.Bu təşkilatların özləri veteranlara özlərinin uydurduqları və kustar üsulla basdırdıqları  medallar və qazı vəsiqələri paylayırlar.

Məsələn mənim dostum  birinci Qarabaq  müharibəsində  Baba ləqəbi  ilə nam salmış Bəhruzun başında indiyə kimi düşmən qəlpəsi var.Buna görə də həşəmətli hökumətimiz Bəhruza yaxşı təqaüd də verirdi.Sonra Bakının  “Qarabağ qaziləri” adlı bir birliyi dostumu adını unutduğum bir medalla təltif də elədi.Medalın təltifetmə mərasimi gününün səhəri  Bəhruzun əlil kimi təqaüdünü kəsdilər.İndi Bəhruz qalıb əlində heç bir dövlət qurumunun tanımadığı medalla birgə..Düz üç  ilə yaxındır ki,mənim Qazi dostum idarə qapılarında əlilliyinin bərpa etmək üçün əziyyət çəkir.Eşitdiyimə görə təqüdünü yenidən bərpa etmək üzrədirlər.Təki elə olsun.

Keçən il çoxdan Bakıda yaşayan yaxın qohumumun oğlu öz ailəsi ilə   kəndə bizə qonaq gəlmişdilər .Gəncin  həyat yoldaşı və uşaqlar ancaq rus dilində danışırdılar.Bunların danışığını bizimkilər də gülə - gülə ,maraqla dinləyirdilər.Mən gənc qohumumun  14 yaşlı kök və tənbəl oğlu ilə tez dostlaşdım.Oğlan bütün günü yeyir və yatırdı.Yayın sonu olduğundan bağda - bağçada hər cürə  mer- meyvə ,tərəvəz yetişmiş, adama gəl-gəl deyirdi.Bir gün axşamüstü  necə oldusa bu gənc dostum yatdığı yerdən durub mənim yanıma gəldi.

-“Ded ya vinoqrad xoçu “dedi.

Mən gənc dostumu üzümlüyün yanına apardım.Üzümlük deyəndə ki,mənim üzümlüyüm manopilislərin dayça evlərində tikdirdiyi möhtəşəm üzüm çardağı kimi deyil. Adi çəpərə dırmaşdırdığım üzümlərdi.Əli çatan yerlərdəki üzümləri yoldan keçən uşaqlar yeyib qurtarıb görə üzümlər bir az hündürdə qalıb. Həmən rəhmətlik Qağanın maşını ilə Qusarçaydan aldığım  təzə  nərdivanı üzümlüyə dayayıb amiranə səslə “ çıx bu üzümləri dər”( zalez nalesnisu sarvi sebe vinoqrad) dedim.

Gənc dostum ağzını büzüb yenə rus dilində,çıxa bilmərəm ,yıxılaram dedi.  (nemoqu zales boyus upast) ,dedi.

Qorxma nərdivanı tutmuşam,həmdə ki,metrə yarım hündürlükdən yıxılmaqla sənə heç nə olmaz,çıx dedim.

Yox çıxmıram dedi.

Mən uzun -uzadı kənddə onunla yaşıd olan 14 yaşlı yeniyetmələrin necə at çapmaları,gilas bağlarında kilosu 50 qəpikdən gilas,kilosu 40 qəpikdən fındıq yığmaları haqqında danışdım.Qışda meşədən  odun,yazda göbələk toplamaqlarından,mal-qoyun növbəsinə getmələrindən bacara-bacarmaya rus dilində geniş bir nitqlə çıxış elədim.

Yeniyetmə dostum məni dinləyib bircə kəlmə dedi.

-“Ded ani çuşki”

Yadıma dostum Muradın dediyi sözlər düşdü..

Bizdə öz ana dilində danışanlara “çuşka” deyirlər..

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
adalet.az

2Mənbələr