AZ

Aviasiya sektorunda kiberhücum riski yüksəlir

Ekspertlər hava hərəkətinin idarəedilməsi sistemlərinə qarşı potensial kiberhücumların artacağını proqnozlaşdırır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu hücumlar casusluqdan tutmuş kommersiya məqsədli pozuntulara qədər geniş spektri əhatə edə bilər. Əsas təhlükə HHİ sistemlərinin funksionallığının pozulması və nəticədə uçuşların təhlükəsizliyinə təsirdir. Hava limanları və hava gəmisinə xidmət göstərən infrastrukturun bir çox komponentləri bu cür hədəflər üçün açıq qala bilər. İdarəetmə sistemlərinin zəifliyi xüsusilə hava limanından kənarda yerləşən obyektlərdə daha yüksək qiymətləndirilir. Buna görə də risklərin düzgün idarə olunması zəruridir. Aviasiya sahəsində kibertəhlükəsizliyə dair tədbirlərin təkmilləşdirilməsi vacib sayılır.

Seçilən
11
heftelik.az

1Mənbələr