AZ

Məşhur restoranın suşisindən parazit çıxdı! Siz 7 fərqli xəstəlik riski ilə üzləşə bilərsiz

ain.az bildirir, Gununsesi portalına istinadən.

İtaliyada bir restoranda çəkilən görüntülər böyük hiddətə səbəb olub. Suşi boşqabında qurdların hərəkət etdiyi aşkar edilib. Mütəxəssislərin fikrincə, bu məhsuldan istifadə edənlər düz 7 müxtəlif xəstəlik riski ilə üzləşə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, suşidə tapılan qurdlar 7 müxtəlif xəstəlik riski yaradır.

Mütəxəssislər bu cür halların salmonella, bağırsaq parazitləri və digər qida yoluxucu xəstəliklərə yol açacağını vurğulayaraq, xüsusilə çiy balıqla hazırlanan suşi məhsullarının etibarlı və nəzarət edilən yerlərdən istehlak edilməsi barədə xəbərdarlıq edirlər.

Video TikTok-da viral oldu və sosial mediada müzakirələr böyüdü

Sözügedən video ilk dəfə TikTok-da yayımlanıb. Bir istifadəçi tərəfindən paylaşılan görüntüdə suşi diliminin içərisində parazitlərin hərəkət etdiyi aydın görünür. Bu görüntülər istifadəçilər arasında iki yerə bölünməyə yol açdı: Bəziləri bu vəziyyəti böyük gigiyena qalmaqalı olaraq dəyərləndirərkən, digərləri şəkildəki suşinin əslində restorandan yox, marketdən alınmış ola biləcəyini iddia edir.

Əsl Anisakisdir, yoxsa saxta həyəcan?

Mütəxəssislər görüntülərdəki canlının Anisakis adlı parazit olduğuna dair qəti bir dəlil olmadığını və balıq düzgün şəkildə dondurulub bişirildikdə bu parazitin təsirsiz hala düşdüyünü bildirirlər. Buna baxmayaraq, çiy balıqla hazırlanan məhsullarda gigiyena zənciri pozulduğu halda bağırsaq infeksiyaları və mədə pozğunluqlarının qaçınılmaz olduğu da vurğulanır.

 Suşi sevənlərə xəbərdarlıq: Etibarlı yerdən alın, yemədən əvvəl yoxlayın

Qida mütəxəssisləri və həkimlər belə görüntülərdən sonra istehlakçılara xəbərdarlıq ediblər: Etibarlı restoranlardan suşi alın, açıq şəkildə satılan və ya uyğun şərtlərdə saxlanmayan məhsullardan uzaq durun. Çiy balıq olan məhsulları istehlak etməzdən əvvəl vizual və iybilmə mütləq yoxlanılmalıdır.

Günel

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr