AZ

Azərbaycan cüdoçuları Berlində 9 medal qazandılar

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar. SİA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışın ikinci və sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. 90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub.

Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələniblər. 81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş medala, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələniblər. Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

Seçilən
17
7
sia.az

10Mənbələr