AZ

“Brent” markalı neft KƏSKİN BAHALAŞDI

Londonun Qitələrarası Birjasında (ICE) bu ilin avqustunda tədarük edilən "Brent" markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dolları ötüb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bakı vaxtı ilə saat 2:00-a olan məlumata görə, neftin qiyməti 80 dollar həddini keçərək artımını sürətləndirib və 80,98 dollar olub.

Bakı vaxtı ilə saat 2:01-də fyuçerslərin qiyməti artmaqda davam edərək bir barel üçün 81 dollara çatıb. Neftin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq 81,4 dollar (+5,28%) olub.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 2:05-də "Brent" markalı neftin bir barreli 80,41 dollara (+3,98%) satılıb. Eyni zamanda, 2025-ci ilin avqustunda tədarük edilən WTI markalı neftin fyuçersləri 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.

Seçilən
99
7
publika.az

10Mənbələr