AZ

Tramp İranda rejim dəyişikliyi anonsu verdi

ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyinə çağırış edib.

Bu barədə o, özünün sosial media hesabında yazıb.

Tramp bildirib ki, əgər hazırkı İran hakimiyyəti ölkəni yenidən güclü və qüdrətli dövlətə çevirə bilməsə, ölkədə rejim dəyişikliyi qaçılmaz ola bilər.

“Əgər hazırkı rəhbərlik "İranı yenidən böyük edək" şüarını həyata keçirə bilməzsə, o zaman ölkədə hakimiyyət dəyişikliyi istisna olunmur”.

Qeyd edək ki, ABŞ qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda, Tramp administrasiyası rəsmi Tehranı nüvə proqramından əl çəkməyə çağırır.

Seçilən
4
2
turkustan.az

10Mənbələr