AZ

"Biz gənc amerikalılara öz ölkələrində futbolun gücünü göstərəcəyik"

FİFA prezidenti Canni İnfantino bəyan edib ki, klublararası dünya çempionatı və 2026-cı ildə Kanada və Meksika ilə birlikdə 48 yığmanın qatılacağı Dünya Çempionatı gənc amerikalılara futbolun dəyərini göstərəcək.

Sportal.az xəbər verir ki, İnfantino bunları qeyd edib:

“Klublararası dünya çempionatı və 2026-cı il dünya çempionatı gənc amerikalılara göstərməlidir ki, əgər sən istedadlısan və bacarıqlısansa, başqa idman növünə keçməyə ehtiyac yoxdur, çünki futbol vasitəsilə də şöhrətə və pula gedən yol var. Sən məşhur və varlı ola bilərsən, sadəcə futbola yönəlsən. Bu gün gənc amerikalılar bu yolu özləri üçün görə bilmirlər, çünki onların diqqətində NFL, NBA, beysbol və ya xokkey var. Lakin biz onlara öz ölkələrində futbolun gücünü göstərəcəyik.”

saytlarin hazirlanmasi

Seçilən
0
1
sportal.az

2Mənbələr