Qazaxıstan Nəqliyyat Polisi İdarəsi, Astana yaxınlığında baş vermiş yüngülmühərrikli təyyarə qəzası ilə bağlı yeni məlumatlar yayıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Əvvəlcədən bildirildiyi kimi, 22 iyun tarixində Jolaman hava meydanı yaxınlığında təyyarə qəzası baş verib. Qəza nəticəsində iki ekipaj üzvünün öldüyü təsdiqlənib. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılacaq.
Nəqliyyat Polisi İdarəsi dəqiqləşdirib ki, qurbanlardan biri pilot, digəri isə sərnişin olub.
"Qəza ilə bağlı Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü bəndi üzrə Astanadakı stansiya xətt polisi tərəfindən ilkin istintaqa başlanılıb. Qəzanın səbəbləri araşdırılır."
Lalə Qüdrətova
Milli.Az