AZ

İranın XİN başçısı  ABŞ və İsrailin hücumlarını müzakirə etmək üçün Moskvaya gedib

İranın xarici işlər naziri Seyid Abbas Araqçi İsrail və ABŞ tərəfindən İrana endirilən zərbələri müzakirə etmək məqsədilə Moskvaya səfər edib.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, Əraqçinin səfərinin əsas məqsədi Rusiya Prezidenti Vladimir Putinlə baş verən hadisələri müzakirə etmək və diplomatik dəstək qazanmaqdır.

Qeyd edək ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hava zərbələri endirib. Hücumlar nəticəsində bu obyektlərin məhv edildiyi bildirilir.
Seçilən
36
50
sherg.az

10Mənbələr