AZ

NATO ölkələri razılığa gəldilər

NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək Sammitindən bir neçə gün əvvəl Alyansın 32 üzv ölkəsi arasında müdafiə xərclərinə dair yeni hədəf göstəricisi ilə bağlı razılıq əldə olunub.

Publika.az "Tagesschau" xəbər xidmətinə istinadla bildirir ki, bu barədə bir neçə xəbər agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata əsasən, sənəddə 2035-ci ilədək ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərcləri üçün ayrılması nəzərdə tutulur. Həmin 5 faizdən 3,5 faizi sırf müdafiə xərclərinə, 1,5 faizi isə müdafiə ilə əlaqəli infrastruktura ayrılacaq.

Bu sənədin NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən Haaqa Sammitində rəsmən qəbul edilməsi nəzərdə tutulur. Lakin İspaniyanın Baş naziri Pedro Sançes ölkəsi üçün bir istisnanın tətbiq olunacağını açıqlayıb. O, bir neçə gün əvvəl NATO-nun Baş katibi Mark Rutteyə ünvanladığı məktubda 5 faiz hədəfinin məhsuldar olmadığını əsas gətirərək, bu göstəricinin ya könüllü xarakter daşımasını, ya da İspaniyanın bu tələbdən azad edilməsini nəzərdə tutan daha çevik formulun tətbiqini istəyib. Məktubda İspaniya ordusunun investisiya ehtiyaclarını ödəmək üçün ÜDM-in cəmi 2,1 faizinin xərclənməsinin kifayət etdiyi bildirilib. Madridin bu etirazı NATO-dakı tərəfdaşlar arasında ehtiyatla qarşılanıb.

Seçilən
1
5
publika.az

2Mənbələr