Bakıda ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) turnuri keçirilib.
Redaktor.az "Report"a istinadən “UFC Fight Night”dan fotoreportajı təqdim edir.
Qeyd edək ki, əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər.
Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.
Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.













