Pol Poqba uzun müddət fasilədən sonra karyerasını bərpa etməyə hazırlaşır. Msport.az xəbər verir ki, fransalı futbolçu “Monako” ilə müqavilə bağlayacaq.
Anlaşmanın 2 illik olması gözlənilir.
32 yaşlı futbolçu son dəfə “Yuventus”un formasını geyinib. Turin klubu 2024-cü ildə onunla müqaviləni uzatmamışdılar. Poqba buna qədər “Mançester Yuyayted”də çıxış edib.
Xatırladaq ki, Fransa millisinin sabiq yarımmüdafiəçi 2024-cü il fevralın 29-da dopinqdən istifadə etdiyinə görə, 4 il müddətinə diskvalifikasiya olunmuşdu. Həmin ilin oktyabrın 7-də isə onun cəzası 18 aya endirilmişdi.