AZ

“Dünyanın ən böyük klubuna xoş gəldin, Mahir!”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Nürnberq”dən ayrılan Mahir Emreli mövsüm bitəndən klubsuz idi. Bu müddətdə vətənə gəldi, yığmanın düşərgəsində oldu, sonra Renat Dadaşovla birgə tətilin dadını çıxardı, adı müxtəlif klublarla yanaşı hallandı və nəhayət, taleyinə aydınlıq gəldi. Mahir “Kayzerslautern”ə qismət oldu. 28 yaşını iyulun ilk günündə tamamlayacaq futbolçunun 2-ci bundesliqa klubu ilə üçillik müqavilə bağladığı deyilir. Həm Mahirin, həm də “Kayzerslauter”in sosial şəbəkələrində alman azarkeşlər transferlə bağlı şərhlər yazıb. Mahirin “instaqram” hesabına gələn şərhlər:nautre.power: Xoş gəldin! neckardewel: Xoş gəlmisiz (Azərbaycan dilində yazıb) lobenslangfck: Dostum, Betzeyə xoş gəldin! bennyk.town: Ucadann! fck44toni: Dünyanın ən böyük klubuna xoş gəldin, Mahir! Ümumilikdə 200 şərh gəlibsə, bunun yarısından çoxu əcnəbi azarkeşlərin şərhləridi. Bir neçə stikerlər də atıldığını qeyd edək. “Kayzerslautern”in sosial şəbəkə səhifəsinə gələn şərhlər: niklas.09031: Emreli transferi rəsmidi? louis_k_11: Transferlər edin! Emreli də gəlməlidi. retrolex: Emrelinin təqdimatını istəyirik! MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr