Bakıda keçirilən UFC Döyüş Gecəsində qalib gəlmiş Xalil Rauntriyə "Qarabağ" klubu xüsusi hədiyyə göndərib. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi ABŞ-li döyüşçüyə xüsusi açıqca və üzərində "1" nömrəsi və "Rountree" yazılı forma göndərib. 

Rauntri Bakıya ilk gəldiyi günlərdə ticarət mərkəzlərindən birini gəzərkən xatirə üçün "Qarabağ" futbol klubunun formasını almışdı.

Qeyd edək ki, Xalil Rauntri gecənin əsas döyüşündə Camal Hilli məğlubiyyətə uğradıb.