AZ

Basketbol: U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirində çempion olub

Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında "Airom Cup" beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.

Final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib.

Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.

Seçilən
0
9
cbcsport.az

10Mənbələr