AZ

Top oyunçunu xəstəxanalıq etdi


ABŞ-ın Basketbol Liqasının (MLB) “Tampa Bey” və “Baltimor” komandaları arasında keçirilən matçda birincilərin ehtiyat atıcısı Hanter Biqq ciddi xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə zamanı Hanter ehtiyat oyunçular skamyasında əyləşib. Rəqib oyunçunun vuruşundan sonra top düz onun üzərinə yönəlib və 105 mil/saat (təxminən 169 km/saat) sürətlə onun sifətinə dəyib.

Təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə edib. Hanterin boynuna dəstək bəndi qoyulub və xərəkdə xəstəxanaya aparılıb.

Oyuna təxminən 10 dəqiqəlik fasilə verilib. Lakin oyunçu stadiondan çıxarılarkən tamaşaçılara baş barmağını yuxarı qaldıraraq vəziyyətinin sabit olduğuna işarə edib.


Seçilən
5
2
news24.az

3Mənbələr